Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Sesxeber.com bildirir ki, vətəndaşların sözlərinə görə, son vaxtlar park ərazisində ağacların sürətlə quruması müşahidə olunur.
Sakinlər yaşıllıq zolağının vəziyyətinin getdikcə pisləşdiyini bildirərək problemin araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər. // baku ws