13
Hökumətin gündəlik hesabatından məlum olur ki, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. 190 tikili tamamilə dağılıb, 856 obyektdə isə ciddi zədələnmə qeydə alınıb.
Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, 41 069 nəfər tibb müəssisələrində yardım alıb.
128 324 ailəyə dəstək göstərilib, 23 587 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib, zərərçəkənlərə isə 10 964,97 ton ərzaq çatdırılıb.