92
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatmaq üzrədir.
Sesxeber.com bildrir ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.
Hazırda 67279 nəfər ixtisas seçimi üzrə ərizəsini təsdiqləyib. Bunlardan 22832 nəfəri 1-ci qrup üzrə ixtisas ərizəsini təsdiqləyib. 2-ci qrupda say 16261 nəfərdir. 3-cü qrup üzrə 18718, 4-cü qrup üzrə isə 5045 ərizə təsdiqlənib. 8644 nəfər isə 5-ci qrup üzrə ixtisas seçimini tamamlayıb.
Qeyd edək ki, subbakalavrların ixtisas seçimi də 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək aparılır.