15
Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, qaydaların tələblərinə uyğun olaraq artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomlar verilir.
Elektron diplomlar növbəti günlərdə “mygov” rəqəmsal hökumət platformasında və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.аz internet səhifəsində məzunlar üçün əlçatan olacaq.
Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların verilməsi prosesi davam etdirilir.