Ukrayna mediası Samara vilayətindəki Novokuybışevsk neft emalı zavoduna hücum edildiyini yazırlar.
Sesxeber.com bildirir ki, müəssisəyə vurulan zərbələri Rusiyanın müxalif kanalları da təsdiqləyir.
Samara vilayətinin hakimiyyət orqanları pilotsuz uçuş aparatı (PUA) təhlükəsi elan edib.
Məlumatda bildirilir ki, Kiyev iki həftə idi ki, Rusiyanın neft emalı müəssisələrinə zərbələr endirmirdi. Bu, Ukraynaya “Starlink” xidmətini söndürən, lakin bu günlərdə onu yenidən bərpa edən amerikalıların tələbi idi.