36
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, Ankara Qətərdən “Eurofighter Typhoon” qırıcı təyyarələrinin satışı üzrə müqavilə layihəsini və şəxsi heyətin təlim proqramını gözləyir.
Sesxeber.com bildirir ki, hazırda iki tərəf arasında texniki və logistik danışıqlar davam edir.
Türkiyə daha əvvəl Böyük Britaniya ilə 20 ədəd yeni “Eurofighter Typhoon” qırıcısının tədarükünə dair razılaşma əldə edib. Əlavə olaraq, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Qətər və Omandan daha 24 təyyarənin alınması planlaşdırılır, lakin bu hissə üzrə ayrı-ayrı müqavilələrin imzalanması prosesi davam edir.