ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində “Breitbart News” nəşrinin Şuşada keçirilən IV Qlobal Media Forumunda İlham Əliyevin çıxışına həsr olunmuş məqaləsini paylaşıb.
Sesxeber.com bildirir ki, sözügedən məqalədə Azərbaycan liderinin Donald Tramp haqqında işlətdiyi fikirlər yer alıb.
İlham Əliyev çıxışında Trampı “sülh adamı” adlandırıb və onun Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunmasındakı rolunu xüsusi qeyd edib.
Məqalədə rəsmi Bakının regional sülh gündəliyi və Şuşada təşkil olunan beynəlxalq media platformasında səsləndirilən mühüm mesajlar təhlil olunub.
Trampın bu addımı ABŞ-nin yeni administrasiyasının Cənubi Qafqazdakı sülh prosesinə və Azərbaycanın regional roluna verdiyi diqqətin göstəricisi kimi qiymətləndirilir.