ABŞ liderinin sözlərinə görə İran nümayəndələri daha əvvəl son beş aylıq hərbi münaqişə zamanı ölkəyə dəyən ziyana görə təzminat tələb ediblər.
Sesxeber.com bildirir ki, Tramp kompensasiya məsələsinin daha əvvəl İranla danışıqlarda müzakirə olunmadığını qeyd edib.
“Lakin bu, maraqlı ideyadır, çünki indi mən də İrandan yol kənarına qoyulmuş bombalar vasitəsilə, o cümlədən general Süleymaninin (“Əl-Qüds” xüsusi təyinatlı bölməsinin komandanı Qasimin) ilkin rəhbərliyi altında bədnam olduqları çoxsaylı münaqişələrdə öldürdükləri və ya ağır yaraladıqları bütün insanlara görə təzminat tələb edirəm. Söhbət həmçinin “USS Cole” göyərtəsində həlak olanların ailələrindən və döyüş əməliyyatlarında həlak olmuş minlərlə digər insandan gedir.”, – deyə ABŞ lideri bildirib.