60
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda torpaqların konsolidasiyası istiqamətində ilkin planlaşdırma işlərinə başlanılıb.
Sesxeber.com bildirir ki, ilkin mərhələdə layihənin Salyan və Qəbələ rayonlarının 19 kəndini, ümumilikdə isə 20 min hektara yaxın ərazini əhatə etməsi nəzərdə tutulur.
Nazirin sözlərinə görə, hazırda ilkin planlaşdırma aparılır. Layihənin həyata keçirilməsində Türkiyənin təcrübəsindən istifadə olunur. Sahə işlərinə isə təxminən bir ildən sonra başlanılması gözlənilir.