Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən 56 yaşlı Əvəz Zeynallı dünyasını dəyişib. O, sabah Kürdəxanıda dəfn olunacaq.
Sesxeber.com bildiriri ki, bu barədə onun keçmiş vəkili Rəşad Vaqifoğlu məlumat verib.
R.Vaqifoğlu bildirib ki, hazırda jurnalistin vida mərasiminin harada keçiriləcəyi və hansı qəbiristanlıqda dəfn olunacağı məlum deyil. Onun sözlərinə görə, Əvəz Zeynallının nəşi yuyulmaq üçün məscidə aparılır. Bundan sonra jurnalistin nəşi evinə gətiriləcək.
Qeyd edək ki, Əvəz Zeynallının xanımı Məlahət Zeynallı dəfn yerinin müəyyənləşdirilməsi ilə bağlı cavab gözlədiklərini bildirib.