33
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində bir neçə küçədə təmir işləri aparılacaq.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır.
Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan sahələrdə diqqətli olmaları xahiş olunur.