119
Paytaxtın mərkəzi küçələrində 2 ildən artıq müddətdir həftəsonları tətbiq olunan avtomobil hərəkəti məhdudiyyəti artıq həftənin bütün günlərini əhatə edəcək.
Sesxeber.com bildirir ki, bu barədə AYNA məlumat yayıb.
Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, eləcə də Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil olunacaq.
Qərarın məqsədi şəhər mərkəzində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək, ekoloji mühiti yaxşılaşdırmaq və ərazinin turizm-biznes potensialını artırmaqdır.