106
Çində ev tapşırıqlarını müstəqil yerinə yetirmək əvəzinə süni intellektdən istifadə edən şagirdlərin imtahanlarda ciddi çətinliklərlə üzləşdiyi bildirilir.
Sesxeber.com bildirir ki, araşdırmaya 7–11-ci siniflərdə oxuyan 26 811 şagird cəlb olunub. Onların fəaliyyəti 2022-ci ilin sentyabrından 2025-ci ilin iyununa qədər, yəni 30 ay ərzində izlənilib.
Araşdırmada qeyd olunur ki, 2022-ci ildə şagirdlər arasında süni intellekt alətlərindən istifadə edənlərin sayı az olduğu halda, 2025-ci ilin iyununda Doubao, DeepSeek və ChatGLM kimi vasitələrdən istifadə edənlərin payı təxminən 80 faizə çatıb.