129
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində startap ekosisteminin inkişafına dəstək məqsədilə “Startup Academy” yaradılıb.
Sesxeber.com bildirir ki, startaplar “Coursera” platformasına 12 həftə ərzində tam ödənişsiz giriş əldə edərək, onlar üçün xüsusi seçilmiş 150+ təlimdən yararlana biləcəklər.
Bununla yanaşı, iştirakçılar Coursera-da mövcud olan 21 000+ təlimə də çıxış əldə edəcəklər.
Təlimlər startapların biznesin qurulması, idarə olunması, innovasiya, marketinq, maliyyə və digər vacib istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməsinə imkan yaradacaq.
Öz startapınızı yaratmaq və ya ideyanızı yeni səviyyəyə yüksəltmək istəyirsinizsə, fürsətdən yararlanın!