35
Starbucks xərcləri azaltmaq məqsədilə Microsoft və IBM proqram təminatını AI əsaslı yeni sistemlərlə əvəz etməyə başlayıb. Şirkət bu dəyişiklik sayəsində 400 milyon dollara qədər qənaət etməyi planlaşdırır.
Sesxeber.com bildirir ki, yeni yanaşma Starbucks-a texnologiya baxımından daha müstəqil olmaq, böyük proqram təminatı şirkətlərindən asılılığı azaltmaq və mağaza əməliyyatlarını daha çevik idarə etmək imkanı verəcək.
Analitiklər hesab edirlər ki, AI əsaslı bu transformasiya uzunmüddətli perspektivdə şirkətin xərclərini azaltmağa və əməliyyat səmərəliliyini artırmağa kömək edə bilər.