25
Sloveniyada dövlət administrasiyasının 15 mindən çox əməkdaşının şəxsi məlumatları oğurlanıb. Bu barədə ölkənin İnformasiya Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Sesxeber.com bildirir ki, kiberhücum Sloveniya dövlət qurumlarının istifadə etdiyi “HCL Domino” poçt və sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçirilib. Hakerlər ölkənin dövlət qurumlarından birinin zəifliklərə malik veb-serveri üzərindən sistemə daxil olublar.
Oğurlanan məlumatlar arasında 7,2 min şifrələnmiş parol da var. İdarənin məlumatına görə, hakerlər həmin parolları deşifrə edə bilərlər.