2025-ci ildə Azərbaycanda siqaret və digər tütün məmulatlarına çəkilən xərclərlə bağlı statistik göstəricilər açıqlanıb.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, adambaşına aylıq tütün məmulatlarına ən çox xərc Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada göstərici 13,5 manat təşkil edib.
Gəncə-Daşkəsən iqtisadi rayonunda adambaşına aylıq tütün xərci 10,9 manat, Mərkəzi Aranda 9,6 manat, Şəki-Zaqatalada 8,3 manat olub.