31
Serbiya hökuməti Çinin “Jiangsu Reliance Energy Tech” şirkəti ilə razılaşma əldə edib.
Sesxeber.com bildirir ki, Çin şirkəti müəssisəyə 100 milyon avro sərmayə yatıracaq.
“Bu gün dünyada ‘Reliance’ batareyası olmadan fəaliyyət göstərən yaxşı PUA yoxdur. Dünyanın ən yaxşı batareyaları burada — Serbiyada istehsal olunacaq. Bu, ölkədə yüksək texnologiyalar sahəsinin inkişafına təkan verəcək.”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, müəssisədə dronlar, insanabənzər robotlar, pilotsuz nəqliyyat vasitələri, elektrikli alətlər və məişət texnikası üçün batareyalar istehsal ediləcək.