Müğənni Selena Qomez, anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirson “Wondermind” şirkəti ilə bağlı məhkəməyə verilib.
Sesxeber.com xarici mətbuata istinadən bildirir ki, investorlar layihəyə ümumilikdə 1,2 milyon dollar yatırdıqlarını, lakin Qomezin şirkətin fəaliyyətində gözlənilən qədər iştirak etmədiyini qeyd ediblər.
Onların sözlərinə görə, vəd edilən mobil tətbiq də yaradılmayıb, şirkətdə isə maliyyə və idarəetmə problemləri yaşanıb. İddiaçılar yatırdıqları 1,2 milyon dolların geri qaytarılmasını və məhkəmə xərclərinin ödənilməsini tələb edirlər.
Qomez və nümayəndələri ittihamlara hələlik münasibət bildirməyib.
Qeyd edək ki, “Wondermind” 2021-ci ildə psixi sağlamlıqla bağlı məlumat və resurslar təqdim edən platforma kimi yaradılıb.