113
Bakının Yasamal və Biləcəri rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Sesxeber.com bildirir ki, oktyabrın 7-də təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamalda saat 10:00-13:00, Biləcəridə isə 10:00-16:00 arasında fasilə yaranacaq.
Bundan əlavə, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bir sıra ərazilərində də planlı təmir işləri aparılacaq.