71
Bakının Sabunçu rayonunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
Sesxeber.com bildirir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, oktyabrın 8-i saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq.
Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.