Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” klubunu 2:0 hesabı ilə məğlub edib.
Sesxeber.com bildirir ki, oyunda hesabı 49-cu dəqiqədə Kahim Parris açıb.
88-ci dəqiqədə isə Coy-Lens Mikels fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbə “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk uğuru olmaqla yanaşı, Azərbaycan klublarının Çexiya təmsilçiləri üzərində qazandığı ilk qələbə kimi tarixə düşüb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub.
“Sabah” növbəti oyununu oktyabrın 20-də Almaniyanın “Borussiya Dortmund” klubuna qarşı keçirəcək.