Bakı Metropoliteninin “28 May” stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.
Sesxeber.com bildirir ki, bu barədə “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.
Bildirilib ki, 2012-ci ildən istismarda olan “Victoria FT-935” tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır.Təmir işləri iyulun 10–dan avqustun 1-dək davam edəcək.
Məlumata görə, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.