12
Rusiyalı mütəxəssislər Azərbaycan və Qazaxıstan sahillərində əvvəllər elmə məlum olmayan iki xul balığı növü — Xəzər çömçəbalığı və İskit çüçik-xul balığını kəşf ediblər.
Sesxeber.com bildirir ki, kəşf genetik analiz vasitəsilə həyata keçirilib.
Çömçəbalığın yeni növü Azərbaycan sahillərində tapılıb — hələlik cəmi iki fərd aşkar olunub.
İskit çüçik-xul balığının isə genetik olaraq Qara dəniz növləri ilə bağlı olduğu üzə çıxıb. Alimlərin fikrincə, bu fakt təxminən 2,1 milyon il əvvəl Qara dənizlə Xəzər dənizi arasında mövcud olan əlaqəni təsdiqləyir.