46
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar noyabrın birinci yarısında Əbu-Dabidə (BƏƏ) baş tutacaq.
Sesxeber.com bildirir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüşün əsas mövzusu sülh yolu ilə nizamlama əldə olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.