22
Rusiya Ermənistan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) ilə bağlı öhdəlikləri birtərəfli qaydada yenidən nəzərdən keçirəcəyi təqdirdə, kompensasiya tələb etmək hüququna malik olacaq.
Sesxeber.com bildirir ki, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
O vurğulayıb ki, CQDY (Cənubi Qafqaz Dəmir Yolu) “Rusiya şirkətinin pulsuz əldə etdiyi aktiv deyil”, əksinə, 30 milyard rubldan çox investisiya yatırılmış bir müəssisədir. Bununla əlaqədar nazir Ermənistanın öz dəmir yollarının icarəsinə görə ödəniş tətbiq edə biləcəyi ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib.