12
Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində inşa olunan avtomobil körpüsü artıq istifadəyə verilib.