Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün sökülərək yenidən inşasına başlanılacaq.
Sesxeber.com bildirir ki, son bir neçə ay ərzində rayonda beş yeni körpü inşa edilərək istifadəyə verilib.
Onlardan üçü Qobustan qəsəbəsində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər ikisi isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.
Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.
Eyni ərazidə yerləşən dördüncü körpünün sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.