Dünya bazarında qızılın qiyməti ucuzlaşaraq oktyabrın 14-dən bəri ən aşağı həddə enib.
Sesxeber.com bildirir ki, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti 4060 dollar civarında qərarlaşıb.
Ucuzlaşmaya neftin bahalaşması fonunda inflyasiya narahatlıqlarının artması və faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair gözləntilər təsir göstərir.
Analitiklərin fikrincə, yüksək faiz dərəcələri gəlir gətirməyən aktiv kimi qızılın investisiya cəlbediciliyini azaldır.
Bununla belə, “Citigroup” analitikləri qızılın qiymətinin 2027-ci ilin birinci yarısında 5000 dollara çatacağını proqnozlaşdırırlar.
İnvestorlar isə ABŞ Federal Ehtiyat Sisteminin gələn həftə keçiriləcək iclasından pul siyasətinin gələcəyi ilə bağlı yeni siqnallar gözləyirlər.