17
İtaliyada qadın səhvən 1 milyon avro uduşlu lotereya biletini zibilliyə atıb, lakin sonradan onu geri qaytara bilib.
Sesxeber.com bildirir ki, Apuliya sakini bileti mağazada yoxlatdırdıqdan sonra uduş olmadığını düşünərək zibil qutusuna atıb. Evə qayıdanda isə ailəsi seçdiyi nömrələrin cekpot qazandığını bildirib.
Zibil artıq daşındığından, tullantı şirkətinin əməkdaşları zibil maşınını taparaq bir gündən çox axtarış aparıblar. Nəticədə 1 milyon avroluq uduşlu bilet tapılaraq sahibinə qaytarılıb.
Qadın axtarışla bağlı bütün xərcləri ödəyəcəyini bildirib.