165
Rusiya digər ölkələrə hücum etməyə hazırlaşmır, lakin öz ərazilərinə birbaşa hücum olacağı təqdirdə mövcud olan bütün silahlardan istifadə edərək cavab vermək məcburiyyətində qalacaq.
Sesxeber.com bildirir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII iclasının plenar sessiyasında bildirib.
“Biz heç kimi hədələmirik, nə 2029-cu, nə 2030-cu, nə də 2050-ci ildə heç kimə hücum etməyə hazırlaşmırıq. Lakin təcavüzlə üzləşsək, cavab vermək məcburiyyətində qalacağıq”, – Putin deyib.