Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Səfər zamanı İlham Əliyevlə Şavkat Mirziyoyevin təkbətək görüşü keçirilib.
Daha sonra Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə birlikdə “Yeni Daşkənd”də Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak edib.
Prezidentlər açılış mərasimində universitetin həyətində ağac da əkiblər.
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub.

Səfər zamanı həmçinin Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma, Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma, Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması, mübadiləsi və Mətbuata bəyanata dair mərasimlər həyata keçirilib.