34
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.
Sesxeber.com bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.