Polşanın Xarici İşlər naziri Radoslav Sikorski ölkəsinin təhlükəsizlik siyasəti və Rusiyadan gələn təhdidlər barədə kəskin bəyanatla çıxış edib.
Sikorski vurğulayıb ki, Rusiya Polşaya qarşı hərbi təcavüzə əl atacağı təqdirdə, Polşa Alyansın (NATO) dəstəyindən asılı olmayaraq özünü müdafiə edəcək və cavab zərbəsi endirəcək.