12
Polşanın Daxili Təhlükəsizlik Agentliyi məktəbə və məscidə hücum planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı Pavel Q-ni saxlayıb.
Sesxeber.com bildirir ki, Polşa vətəndaşı olan yeniyetmə terror fəaliyyəti göstərən və nasizmi təbliğ edən mütəşəkkil qrupda iştirakda, nifrəti qızışdırmaqda və bir neçə nəfərin qətlini hazırlamaqda ittiham olunur. Onun mənzilində soyuq silahlar, nasist simvollu materiallar, eləcə də hücum planları və silah almaq niyyətini sübut edən yazışmalar tapılıb.
Günahını etiraf etməyən şübhəli şəxs barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.