17
Polşanın Lodz şəhərində bir kişi yoldan keçən şəxsi ukraynalı hesab edərək amansızcasına döyüb.
RMF24-ün məlumatına görə, sonradan məlum olub ki, zərərçəkən Polşa vətəndaşıdır.
Hadisə 11 iyul tarixində baş verib. Telefonla danışan şəxsə naməlum hücumçu qəfil baş nahiyəsinə iki zərbə endirib və “Sənə Polşada yer yoxdur”, “Ukraynaya get” kimi ifadələr səsləndirib.
Zərərçəkən burun və çənə sınıqları, eləcə də baş nahiyəsindən ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ertəsi gün polisə ifadə verərək şikayət edib.
Hücum edən şəxsin axtarışı davam edir.