14
Jurnalistlərin Ağ Evə buraxılmaması səbəbindən media qurumları ABŞ Konstitusiyasına Birinci Düzəlişlə verilən mətbuat azadlığı zəmanətlərinə əsaslanaraq müxbirlərinin akkreditasiyalarının və giriş hüquqlarının bərpa olunmasını tələb edirlər.
Sesxeber.com bildirir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“Buna müvafiq reaksiya verilməzsə, bu, mətbuat azadlığını və ictimaiyyətin hökumətin müdaxiləsindən azad, müstəqil jurnalistika hüququnu təhlükə altına qoyacaq”, — deyə Vaşinqtondakı ABŞ Dairə Məhkəməsinin hakimindən Trampın qoyduğu qadağanı mümkün qədər tez bir zamanda konstitusiyaya zidd tanımasını xahiş etmək niyyətində olan təşkilatlar bildiriblər.