145
Bakının Yasamal rayonunun bəzi ərazilərində sentyabrın 29-da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Sesxeber.com-a bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələri və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisi olmayacaq.