37
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin mümkün qədər tez imzalanmasının ölkəsinin əsas vəzifəsi olduğunu bildirib.
Sesxeber.com bildirir ki, Paşinyan bu barədə hökumətin bugünkü iclasında danışıb.
O qeyd edib ki, sazişin imzalanmasının nə 2031-ci, nə də 2029-cu ilədək təxirə salınması Ermənistanın planlarına daxil deyil.
Baş nazirin sözlərinə görə, sülh sazişinin imzalanması müəyyən vaxt tələb edən prosesdir.