68
“AnTuTu” platforması 2026-cı ilin oktyabr ayı üzrə ən yüksək performansa malik Android smartfonlarının reytinqini yayımlayıb.
Sesxeber.com bildirir ki, Çində satışda olan telefonların test nəticələrinə əsasən, siyahıya “Honor WIN 2” başçılıq edir. İkinci yerdə “Red Magic 12 Pro+”, üçüncü pillədə isə “iQOO 16” qərarlaşıb.
İlk beşliyi “Xiaomi 18 Fold” və “OnePlus 16” tamamlayır.
Reytinqin növbəti pillələrində “Honor Magic 9 Pro Max”, “Vivo X500 Pro Max”, “OPPO Find X10 Pro Max”, “Honor WIN RT 2” və “iQOO 15 Ultra” yer alıb.
Məlumata görə, ilk onluqdakı smartfonların beşi “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru ilə təchiz edilib.