33
“Nizami” metrostansiyasının qarşısında ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilib.
Sesxeber.com bildirir ki, Cəfər Cabbarlı küçəsində avtobus dayanacaq ərazisi uzadılıb.
Bununla da:
• metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin edilib;
• sərnişinlər rahat minib-düşməni həyata keçirə bilirlər.
Həmin ərazidə mövcud olan taksi duracağının yeri dəyişdirilir. Ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.