29
“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb.
Sesxeber.com-un əldə etdiyi məlumata görə şikayətçilərdən biri bildirib ki, bu günə kimi ümumilikdə 13 nəfərə dəymiş ziyan ödənilib:
“Bizi istintaqa çağırdılar, izahat aldılar və bildirdilər ki, bir ay ərzində dəymiş ziyan bütünlükdə ödəniləcək. Dedikləri kimi də oldu, itirdiyimiz məbləği tam halda qaytardılar”.
Qeyd edək ki, istintaq orqanı Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi barədə tapşırıq verib.