Nepalın dağlıq ərazisində iki turist helikopteri havada toqquşaraq yerə düşüb. Hadisə nəticəsində bir turist həlak olub, hər iki helikopterin pilotu xəsarət alıb.
Sesxeber.com bildirir ki, qəza Everest dağının baza düşərgəsi yaxınlığında, Periçe kəndində yerləşən “Edelweiss Pheriche” hotelinin yaxınlığında baş verib.
“Fishtail Air” və “Air Dynasty” şirkətlərinə məxsus helikopterlər eyni eniş meydançasına enməyə çalışarkən havada toqquşaraq yerə çırpılıblar. Hadisə zamanı yaxınlıqda bel çantaları ilə dayanan onlarla turist olub. Helikopterlərin qalıqları onların olduğu istiqamətə səpələnib.
Qəza zamanı helikopterlərdən birində olan turist həyatını itirib. Xəsarət alan pilotlardan biri müalicə üçün Lukla şəhərinə aparılıb. Həlak olan turistin vətəndaşlığı müəyyənləşdirilir.