37
Misli Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ”yə qalib gəlib.
Sesxeber.com bildirir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda “ağ-qaralar” 3:0 hesablı qələbəyə seviniblər.
25-ci dəqiqədə Breno Almeyda hesabı açıb. 86-cı dəqiqədə Adeleke Akinyemi fərqi iki topa yüksəldib. Yekun nəticəni isə 90+2-ci dəqiqədə Lyubomir Tupta müəyyənləşdirib.
Bu matç həmçinin “Neftçi”nin ölkə futbolu tarixində yüksək dəstədə keçirdiyi 1000-ci oyun kimi tarixə düşüb. Bununla da Bakl klubu Azərbaycan çempionatlarında bu rəqəmə çatan ilk Azərbaycan klubu olub.