NASA-nın “Nancy Grace Roman” kosmik teleskopu uğurla kosmosa göndərilib. Təxminən 4,3 milyard dollar dəyərində olan teleskop Yerdən təxminən 1,5 milyon kilometr uzaqda yerləşən L2 Laqranj nöqtəsinə istiqamət alıb.
Sesxeber.com məlumata əsasən bildirir ki, Roman teleskopunun ən azı 5 il fəaliyyət göstərməsi planlaşdırılır. Missiyanın əsas məqsədləri qaranlıq enerji və qaranlıq maddəni, qara dəlikləri və ekzoplanetləri araşdırmaqdır.
NASA teleskopun missiya müddətində 100 minə qədər ekzoplanet aşkar edə biləcəyini gözləyir. Roman eyni zamanda “Hubble” ilə müqayisədə səmanın təxminən 200 dəfə daha geniş hissəsini müşahidə edə biləcək.