68
Azərbaycanın əsas millisinin üzvləri Toral Bayramov və Nəriman Axundzadə Türkiyədə son turda iştirak etməyiblər.
Sesxeber.com bildirir ki, “Erzurumspor” forması geyinən Nəriman Axundzadə Super Liqanın 7-ci turu çərçivəsində səfərdə “Alanyaspor”a qarşı keçirilən matçda ehtiyatda qalıb.
Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Digər təmsilçimiz Toral Bayramov da 1-ci liqada komandasının məğlubiyyətinə ehtiyat oyunçular skamyasından tamaşa edib.
“Bursaspor” bu matçda “Mardin 1969″a 1:2 hesabı ilə məğlub olub.