103
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev üçüncü yeri tutub.
Sesxeber.com bildirir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Serbiya təmsilçisi Nemanya Maydova qalib gəlib.
Bununla da Azərbaycan millisinin çempionatda qazandığı medalların sayı 5-ə çatıb. Onlardan biri qızıl, biri gümüş, üçü isə bürüncdür.