21
Avqustun 5-də saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.
Sesxeber.com bildirir ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi 6 avqust saat 11:00-dək davam edəcək.