34
İran açıq bir siqnal göndərib: “ABŞ müharibəyə və blokadaya son qoya, dondurulmuş aktivləri ləğv edə və regionda – Livan və Qəzza zolağında atəşkəsə razılaşana qədər Hörmüz boğazı bağlı qalacaq”.
Sesxeber.com bildirir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Hörmüz boğazı ətrafındakı vəziyyət fəal diplomatik səylərin əsas mövzularından biri olaraq qalır. ABŞ vasitəçilər vasitəsilə gəmilərin hərəkətinin bərpasına nail olmağa çalışır. Çünki gəmiçiliyə qoyulan məhdudiyyətlər dünya enerji daşıyıcıları və gübrə qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.