İtaliyada daha bir yanacaq şirkəti qiymətlərə məhdudiyyət tətbiq etmək qərarına gəlib.
Sesxeber.com xəbər verir ki, Baş nazir Corcia Meloninin sözlərinə görə, “Eni”dən sonra SOCAR-a məxsus “IP” də ölkə üzrə yanacağın qiymətini məhdudlaşdıracaq.
Meloni bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Qeyd edək ki, qərar İtaliya hökumətinin müraciəti əsasında qəbul edilib. Məhdudiyyətlərin əvvəlcə “IP” şəbəkəsində tətbiqi, daha sonra mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.